Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda sabah "Differdanj"la qarşılaşacaq "Zirə" dünəndən Lüksemburqdadı. Komanda bu ölkəyə yola düşərkən problemlə üzləşmişdi.
Belə ki, təmsilçimizin 3 legioneri - Cozef Bum, Viktor İqbekoye və Kervens Belfort kollektivlə birgə səfərə çıxa bilməmişdilər. Buna adıçəkilən futbolçuların viza problemini səbəb olmuşdu.
İkisinin məsələsi həllini tapıb, yalnız İqbekoyi oyunda iştirak edə bilməyəcək. Zirə təmsilçisi viza ötrü Fransa səfirliyinə müraciət etsə də, orada Nigeriya vətəndaşları üçün bu prosesin bir qədər uzun çəkdiyi söylənilib.
Sportinfo.az xəbər verir ki, ryni səbəbdən iyulun 3-də komanda ilə birgə səfərə çıxa bilməyən kamerunlu Jozef Bum və haitili Kervan Belfor artıq Bakını tərk edib və bu gün axşam saatlarında düşərgədə olacaq.

