Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə sabah “İnter”lə qarşılaşacaq “Mladost”un futbolçusu Nenad Marinkoviç matç haqqında danışıb. Sportinfo.az xəbər verir ki, hücumayeyli yarımmüdafiəçi qarşılaşma haqqında fikirlərini bildirib.
İlk matçdakı hesab sizi hələ də düşündürür?
- Bu hesab dəhşətli idi. Avropada debüt oyunumuz çox pis alındı. Ümumiyyətlə, qitəmiqayslı turnirlərdə ilk matç heç zaman yaxşı alınmır. Sadəcə, oyunda üstün futbol nümayiş etdirdiyimiz üçün ümidliyəm. Düzdür, bu kiçik təsəllidi, amma pozitiv olmaq üçün bəhanədi. Uğursuzluğu unutdurmaq üçün əlimizdən gələni etməliyik.
“Mladost”un yeni transferisiniz. Komandaya alışmısınız?
- Mən hələ Nenad Milovanoviçin sisteminə uyğunlşmağa çalışıram. “Partizan” və “Yavor”a qarşı oyunlarda meydanda oldum. Özümü zaman keçdikcə daha yaxşı hiss edirəm. “Mladost” Serbiya komandası olsa da, tamam fərqli sistemdə oynayır.
Avropada çətin matçlarınız olub...
- Belə çətinliklərlə çox üzləşmişəm. Lakin havaya görə “İnter”in oyunçuları daha rahat olacaqlar. Çünki onlar buna öyrəşiblər. 2008-ci ildə Bakıya “Partizan”la etdiyim səfəri xatırlayıram. “İnter”ə qarşı oyunda çətin oldu, lakin oyunun favoriti biz idik. Həmin vaxt ilk hissədən sonra futbolçular ayaqüstdə dura bilmirdilər.
Həmin oyun “Dalğa Arena”da idi?
- Yox, həmin zaman “İnter” bizi Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etmişdi. Gözəl və böyük stadion idi.

