Avropa Liqasının 1-ci təsnifat mərhələsinin 2 cavab oyunu keçirilib. Sportinfo.az xəbər verir ki, 6 illik fasilədən sonra qitə arenasına qayıdan “Reyncers” Lüksemburqda evdə minimal hesabla məğlub etdiyi “Proqres”in qonağı olub.
Lakin Lüksemburq klubuna sürpriz şəkildə 2 cavabsız qolla uduzan Şotlandiya nəhəngi mübarizəni erkən dayandırıb. Digər oyunda isə ötən il Avroliqada “Neftçi”ylə qarşılaşmış “Baltsan” (Malta) Macarıstan “Videoton”unu qəbul edib. 6 qolun vurulduğu bu oyunda qalib müəyyənləşməyib.
Nəticədə "Videoton" doğma meydandakı inamlı qələbə sayəsində mərhələ adlayıb. Bu mərhələdə mübarizə aparan təmsilçilərimiz - “İnter” və “Zirə” 2 gün sonra cavab oyununa çıxacaq. “Qartallar” səfərdə “Differdanj”la (Lüksemburq), “İnter” isə evdə “Mladost”la (Serbiya) qarşılaşacaq.
Baltsan (Malta) - Videoton (Macarıstan) 3:3 (ilk oyun 0:2)
Proqres (Lüksemburq) - Reyncers (Şotlandiya) - 2:0 (0:1)

