“Zirə”nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi olan “Astra” heyətini yenə gücləndirib. Rumıniya təmsilçisi “Krakovya”nın mərkəz müdafiəçisi Pyotr Polzçakı alıb.
Polşa millisinin sabiq üzvü ilə 2 illik anlaşma əldə olunub. "Astra" ondan öncə Filip Mrzlyak, Markinyoş, Boqdan Çipirliu və Antoni Le Talleki heyətinə qatıb.
İlk mərhələnin ilk görüşündə “Differdanj” üzərində 2:0 hesablı qələbə qazanan “Zirə” növbəti mərhələdə rumıniyalılara rəqib olmağa çox yaxındı. Təmsilçimiz cavab görüşünü iyulun 6-da Lüksemburqda keçirəcək.
Bu qarşılaşmanı "Astra"nın nümayəndəsi də izləyəcək. Ümumiyyətlər, rumınlar "Zirə" ilə yaxından maraqlanır. Bakıdakı matçın video-yazısını əldə edən "Astra"da əmindilər ki, "Differdanj" revanş götürə bilməyəcək (Sportinfo.az).

