“Qəbələ”nin Avroliqada ilk oyununu idarə edəcək hakimlər

4 İyul 2017 14:48 Avropa Liqası 708
“Qəbələ”nin Avroliqada ilk oyununu idarə edəcək hakimlər

“Qəbələ”nin Avropa Liqasının II təsnifat mərhələsində ilk oyununu idarə edəcək hakimlər müəyyənləşib. Sportinfo.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi ilə “Yagelloniya” (Polşa) - “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi arasında iyulun 13-də baş tutacaq qarşılaşma almaniyalı hakimlər briqadasına həvalə olunub.

Matçın baş hakimi FİFA referisi Marko Fritsdir. Ona Holger Henşel və Marsel Pelqrim kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Qvido Uinkmann yerinə yetirəcək.

I təsnifat mərhələsinin ilk oyununda “Dinamo” evdə “Yagelloniya”a 0:1 hesabı ilə uduzub. Püşkə əsasən “Qəbələ” ilk matçını evdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!