“Differdanj” – “Zirə” oyununun biletləri satışa çıxarılıb. Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçiriləcək qarşılaşmaya tamaşa etmək 10 avrodan aşağı başa gəlməyəcək.
Bakıdan 0:2 hesablı məğlubiyyətlə ayrılan Lüksemburq təmsilçisinin rəhbərliyi bütün tribunalara eyni qiymət qoyub. Həmçinin kassalarda istəyənlərə forma da təklif olunur. Komandanın futbol geyimləri 20 avroya, biletlə birlikdə isə güzəştlə 25 avroya satılır.
İyulun 6-da, saat 21:00-da başlayacaq oyun Differdanjdakı Munisipal şəhər stadionunda keçiriləcək. 2012-ci ildə inşa olunan bu mini arena 1800 tamaşaçı tutur. Bununla belə, tribunaların tam dolması gözlənilmir. Yerli publika "Dalğa Arena"da qeydə alınan nəticədən sonra "Differdanj"ın revanş götürərək mərhələ adlayacağına demək olar inanmır.
Lüksemburq təmsilçisinin prezidenti Fabritsio Bey “Bakıda yaxşı oyun oldu, hər 2 klub dayanmadan mübarizə apardı. İlk matçda uduzduq. Amma bu, hər şeyin itirilməsi demek deyil. “Zirə” “Barselona” deyil” desə də!
Mərdəkan matçın yekun "cırtdanlar"ın düşərgəsində gərgin anlara səbəb olub.
Klub patronu baş məşqçi Paskal Karzaniqaya öz narazalığını ifadə edib, futbolçuları isə yaratdıqlarını qol epizodlarını qaçırmaları üzündən qınayıb. O, əlindəki boş su qabını stola döyəcləyərək, "Zirə"ni keçməsək, hamınız mənə bir-bir cavab verməli olacaqsız" söyləyib.
SPORTİNFO.AZ

