"Mərhələni keçin, sizə istədiyiniz qədər mükafat verəcəm"

2 İyul 2017 00:34 Avropa Liqası 1 375
"Mərhələni keçin, sizə istədiyiniz qədər mükafat verəcəm"

Azərbaycanı Avropa Liqasında təmsil edən "İnter" Bakıya qayıdıb. Avroliqanın 1-ci təsnifat mərhələsi çərçivəsində iyunun 29-da səfərdə Serbiya "Mladost"u ilə qarşılaşan Bakı klubu bu gün səhər saatlarında vətənə dönüb.

Baş məşqçi Zaur Svanadze futbolçulara 1 günlük istirahət verib. Komanda iyulun 2-də yenidən bir araya gələrək, "Mladost" qarşı keçiriləcək cavab matçına hazırlaşacaq. "İnter" Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında səfərdə "Mladost" qarşılaşıb və rəqibin qapısından üç cavabsız qol keçirib.

Cavab görüşü isə iyulun 6-da baş tutacaq. Sportinfo.az-ın məlumatına görə, Müşahidə Şurasının sədri Zaur Axundov futbolçuları güclü motivasiya edib. Klubun yeni patronu "bu mərhələni keçin, sizə istədiyiniz qədər mükafat verəcəm" deyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:30 Çək və bizə göndər!