"Yaqelloniya"nın "Qəbələ" qarşısında işi çox çətin olacaq"

1 İyul 2017 15:36 Avropa Liqası 731
"Yaqelloniya"nın "Qəbələ" qarşısında işi çox çətin olacaq"

"Yaqelloniya"nın bəxtinə çox çətin rəqiblər düşüb. Qafqaz komandaları heç vaxt asanlıqla təslim olmurlar" - Sportinfo.az xəbər verir ki, bu sözlər "Poqon"un futbolçusu Marçin Novaka məxsusdur.

37 yaşlı futbolçu ölkəsinin "Yaqelloniya" klubunun Avropa Liqasındakı şanslarını dəyərləndirib. Onun fikrincə, "Yaqelloniya"nın bəxtinə həm birinci, həm də ikinci təsnifat mərhələsində çətin rəqiblər düşüb.

Belostok klubu Gürcüstanda keçirilən ilk oyunda "Dinamo" üzərində qələbə qazanmışdı - 0:1. Tərəflər arasındakı cavab görüşü iyulun 6-da keçiriliəcək.

"Yaqelloniya"nın işinin asan olmayacağı bəllidir. "Dinamo" (Batumi) ilk oyunda nəyə qadir olduğunu göstərdi. Klubumuz mərhələ keçsə, "Qəbələ"yə rəqib olacaq. Bu komandaya qarşı çox diqqətli olmaq lazımdı.

Onlar son iki ildə Avropa Liqasının qrup mərhələsində oynayıblar və layiqli mübarizə aparıblar. "Yaqelloniya"nın "Qəbələ" qarşısında işi çox çətin olacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti