"Zirə"ni arxasınca aparan: "Onları indi daha yaxşı tanıyırıq"

1 İyul 2017 11:36 Avropa Liqası 633
"Zirə"ni arxasınca aparan: "Onları indi daha yaxşı tanıyırıq"

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Differdanj" üzərində 2:0 hesablı qələbədən sonra "Zirə"nin hücumçusu Riçard Qadze matç haqqında danışıb. Sportinfo.az xəbər verir ki, "qartallar"ın ilk qolunun müəllifi böyük üstünlük əldə etdiklərini bildirib.

Qanalı legioner səfərdə də ehtiyatlı oynamalı olduqlarını sözlərinə əlavə edib: "Qazandığımız qələbə böyük üstünlükdür. Amma bu o demək deyil ki, səfərdə arxayınlaşmalıyıq. Sadəcə ikinci oyunda daha diqqətli olmaqla növbəti mərhələyə adlaya bilərik. Bunun üçün üstünlüyümüzü orada da qorumağa çalışacağıq".

Qanalı forvard Avropa Liqasındakı ilk oyunda komandanın bir az həyəcanlı olduğunu deyib: "Hardasa bir az həyəcanlı idik. Çünki "Zirə" ilk dəfə avrokuboklarda oynayırdı. Ona görə də həyəcanı başa düşmək olardı. Amma böyük qələbə qazandıq. Klub avrokuboklarda açılışı qalibiyyətlə qeyd etdi. Çox sevinirik".

22 yaşlı afrikalı rəqibi indi daha yaxşı tanıdıqlarını bildirib: "Matçdan qabaq rəqibin oyunlarına baxmışdıq. Düzdür, bu bizə kömək etdi. Düşündüyümüz futbolu ortaya qoya bildik. Amma bundan sonra onları daha yaxşı tanıyırıq. Lakin rəqib evdə oynayacağı üçün bir az avantajlıdır. Biz isə sadəcə təmkinli olub diqqəti əldən verməməliyik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti