Ukraynalı "yolundan azmasa", "İnter" UEFA-dan pul qazanacaq

1 İyul 2017 14:00 Avropa Liqası 1 036
Ukraynalı "yolundan azmasa", "İnter" UEFA-dan pul qazanacaq

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "İnter" - "Mladost" qarşılaşmasının hakimləri müəyyənləşib. Sportinfo.az xəbər verir ki, matç ukraynalı hakimlər briqadasına həvalə edilib.

Oyunun baş hakimi Nikolay Balakin olacaq. Ona həmyerliləri - Vladimir Volodin və Aleksandr Korniyko köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Anatoli Jabçenko yerinə yetirəcək.

İyulun 6-da, "Dalğa Arena"da keçiriləcək "İnter" - "Mladost" oyunu saat 21:00-da başlayacaq. Bu komandalar arasında Luçanidə keçirilmiş ilk oyun təmsilçimizin 3:0 hesablı qələbəsiylə nəticələnib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti