Təmkin: "Desəm ki, qrupa düşməyi hədəf qoymuşuq, yalan olar"

30 İyun 2017 20:36 Avropa Liqası 682
Təmkin: "Desəm ki, qrupa düşməyi hədəf qoymuşuq, yalan olar"

“Öz meydanımızda, azarkeşlərimizin önündə oynayırdıq. İstəyirdik ki, onları yaxşı nəticə ilə sevindirək. Şükür olsun ki, ilk matçımızda utanmadıq” - Sportinfo.az xəbər verir ki, bu sözlər “Zirə”nin müdafiəçisi Təmkin Xəlilzadəyə məxsusdu.

Avropa Liqasının I təsnifat mərhələsində “Zirə” “Differdanj”la qarşılaşıb. Təmsilçimizin 2:0 hesablı qələbəsi ilə başa çatan oyundan sonra jurnalistlərə açıqlama verən Təmkin fikirlərini bölüşüb:

“Hələ heç nə bitməyib təbii ki. İşin əsas nəticəsi Lüksemburqda bilinəcək. O oyuna da yaxşı hazırlaşacağıq. Yaxşı nəticə ilə dönməyə çalışacağıq”.

Xəlilzadə "Differdanj"ın "Zirə" üçün uyğun rəqib olduğunu vurğulayıb: "Differdanj"ın zəif rəqib olduğunu deməzdim. Onların daha yaxşı avrokubok təcrübəsi var. Özünüz də oyunun çətin keçdiyini gördünüz. "Differdanj" "dişimizə görə" rəqib idi".

Oyunçu avrokuboklarda bacardıqları qədər irəliləmək istədiklərini deyib: "Bacardığımız qədər irəliləmək istəyirik. Desəm ki, qrupa düşməyi hədəf qoymuşuq, yalan olar. Mümkün qədər hər oyunda qələbə qazanmağa çalışacağıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti