“Azərbaycanın Puyolu” - FOTO

1 İyul 2017 00:24 Avropa Liqası 1 075
“Azərbaycanın Puyolu” - FOTO

Avropa Liqasının dünən keçirilən 1-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra bombardirlər siyahısı açıqlanıb. Sportinfo.az xəbər verir ki, siyahıda ilkin təsnifat mərhələsində dubla imza atan 21 oyunçu var.

Bombardirlər asında “İnter”in legioneri Adrian Skarlatake də yer alıb. Rumıniyalı müdafiəçi dünən “Mladost” ilə səfər matçında 2 qol vurub. O, beləliklə, Serbiya mətbuatının diqqətini özünə cəlb edib.

Yerli həmkarlarımız Luçani təmsilçisinə ilk hissədə cərimə zərbəsindən 2 baxımlı qol vuran müdafiəçini tərifləyib, onu döyüşkənliyinə görə İspaniya yığmasının və “Barselona”nın sabiq ulduzu Karles Puyola bənzədib. Onlar matçın əsas qəhrəmanını “Azərbaycanın Puyolu” adlandırıb.

Həmçinin o da vurğulanıb ki, 3:0 hesabıyla qalib gələn “İnter”in növbəti mərhələnin qapısını aralayıb. "Mladost"un Bakı səfərinin artıq formal xarakter daşdığını etiraf edən həmkarlarımızın fikrincə, Bakı klubu cavab görüşündən əvvəl böyük üstünlük qazanıb və bunu əldən verməsi qətiyyən inandırıcı deyil.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti