Avro-start əla alındı! "Zirə" və "İnter" Avropa Liqasının ilk təsnifat mərhələsinə qələbəylə başladı. Biri evdə, biri səfərdə.
Sportinfo.az xəbər verir ki, qəsəbə "qartallar"ı Mərdəkanda "Differdandj"a 2, eks "bankirlər" isə Serbiyada "Mladost"a 3 cavabsız qol vurdu.
120-ci rəqib, 75-ci sınaq
“Differdanj” Azərbaycan komandaları ilə qarşılaşan 120-ci rəqibdi. Lüksemburq təmsilçisinədək 119 klub ölkəmizə rəqib kimi gəlmişdi. “Zirə” isə ölkəmizin ümumilikdə 18-ci, Avropa Liqası (UEFA kuboku) turnirində 16-cı komandamız olub. “Viləş” və “Bakı fəhləsi” bu yarışda oynamayıb. 18-ci təmsilçimizin 120-ci rəqiblə dueli bir yubileylə də diqqət çəkir. Bu görüş klublarımızın Avropa Liqasının indiki formatında 75-ci ev sınağıdı. 2009-cu ildən indiki formatda keçirilən bu yarışda komandalarımız 74 ev matçına çıxmışdı.
Qadze tarixə düşdü: Azərbaycanda 15-ci
Riçard Qadze “Zirə”nin tarixinə düşüb. Qanalı legioner paytaxt təmsilçisinin avrokuboklarda ilk qolunun müəllifi olub. O, Bakıda keçirilən qarşılaşmada hesabı açıb. Bu qolla “Zirə” avrokuboklarda qol sevinci yaşayan 15-ci Azərbaycan komandası olub. 1994-cü ildə qitə miqyaslı turnirlərdə debüt edən Azərbaycanın 18-ci təmsilçisi olan “Zirə”yədək 17 klubdan 14-ü qol sevinci yaşamışdı. Qəsəbə klubu 15-ci olubsa, cəmi üç komanda qola həsrət qalıb. Hərəyə 2 oyun keçirən “Turan”, “Simurq” və “Şəfa” qol vura bilməyib.
Belfortdan tarixi qol
Azərbaycan klublarının avrokuboklarda 250-ci qolu vurulub. Yubiley qolu Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunlarına təsadüf edib. “Differdanj”ı qəbul edən “Zirə”nin görüşdə vurduğu 2-ci top 250-ci kimi tarixə düşüb. 80-ci dəqiqədə fərqlənən Kervens Belford bu tarixi qolun müəllifi olub. Hesabı 2:0-a çatdıran legionerin qoluna qədər təmsilçilərimiz avrokuboklarda 249 dəfə fərqlənmişdi. 1994-cü ilə təsadüf edən avrokuboklardakı debütümüzdən cari mövsümün startınadək komandalarımız 280 matçda 248 qola sevinmişdi. Mövsümün 2-ci qolu da “Zirə”nin matçında vurulduğundan yubiley də Belfortun hesabına yazılıb. Nəticəsi ləğv olunan və texniki hesabla yekunlaşan 2 qarşılaşma ümumi oyun və qol sayına daxil edilməyib.
Avropa Liqasında 150-ci
“Mladost” – “İnter” qarşılaşması Azərbaycan klublarının Avropa Liqasında yubiley – 150-ci oyunudu. 2009-cu ildən indiki adı altında keçirilən yarışlarda klublarımız cari mövsümədək 148 qarşılaşmada qüvvəsini sınamışdı. “Differdanj” ilə qarşılaşan “Zirə” 149-cu, Serbiyada “Mladost”un qonağı olan “İnter” 150-ci matçın iştirakçısı olub. Sonuncuların görüşü həm də bu turnirdə 75-ci səfər sınağı kimi tarixə düşəcək. İlk dəfə təmsilçilərimizə rəqib olan “Mladost” isə tarixə 121-ci kimi düşüb. Cari mövsümədək 119 komanda ilə görüşən klublarımız üçün “Differdanj” 120-ci olmuşdu.
“Dalğa Arena”da aşkar üstünlük
“Zirə” – “Differdanj” matçının statistik göstəriciləri açıqlanıb. UEFA bu görüşdə kimin fərqli komponentlərdə üstün olduğunu müəyyənləşdirib. 2:0 hesabı ilə qalib gələn təmsilçimiz bütün göstəricilərdə rəqibindən aşkar üstün olub. Qonaqlar yalnız qayda pozuntuları ilə “fərqlənib”.
|
“Zirə” |
|
“Differdanj” |
|
2 |
Qollar |
0 |
|
23 |
Zərbələr |
8 |
|
11 |
Çərçivəyə |
2 |
|
9 |
Çərçivəyə düşməyən |
5 |
|
3 |
Dəf olunan |
1 |
|
5 |
Künc zərbələri |
4 |
|
6 |
Oyundan kənar vəziyyət |
1 |
|
12 |
Qayda pozuntusu |
14 |
|
1 |
Sarı vərəqə |
1 |
|
0 |
Qırmızı vərəqə |
0 |
Sadiqov Sadıqovu arxada qoydu, 3-cü oldu
Avropa Liqasının təsnifat mərhələlərinin rekordçuları açıqlanıb. Əvvəl UEFA kuboku, 2009-cu ildən Avropa Liqası adlanan turnirin əsas raundunadək olan oyunlarda ən çox forma geyinənlər və qol vuranlar bəlli olub. Qitənin ikinci dərəcəli klub turnirinin təsnifat mərhələlərində ən çox matçda iştirak edən 5 futbolçudan ikisi Azərbaycan təmsilçisidi. “Zirə”nin heyətində debüt edən Rəşad Sadiqov üçün I təsnifat mərhələsinin “Differdanj”la görüşü 38-ci belə oyundu. “Neftçi”, “Qarabağ” və “Qəbələ” ilə də bu turnirin təsnifat mərhələlərində oynamış yarımmüdafiəçi 38-ə çatmaqla 3-cü pillənin vahid sahibi olub.
Maraqlıdı ki, Sadiqov sabiq komanda yoldaşı və adaşı Sadıqovu arxada qoyub. “Neftçi” və “Qarabağ”da oynamış Rəşad Sadıqov 37 oyunla 4-cü yerdə qərarlaşıb. Siyahıya isə Stefan İşizaki başçılıq edir. AİK, “Elfsborq” və “Valarenga”da oynamış futbolçu hesabında 42 görüş var. “Elfsborq” və “Brondbü”də çıxış etmiş Yohan Larsson 40 matça çıxıb. İlk “beşliy”i Anders Svensson qapayır. Yalnız “Elfsborq”da oynayan skandinaviyalı 36 matça çıxıb. Avropa Liqasının təsnifat mərhələlərində ən çox qol vuran isə Omar Er Rafikdi. Lüksemburq “Differdanj” klubunda 15 qol vuran futbolçu bombardirlər cədvəlinə başçılıq edir.
Rauf Əliyev “11-lik”də
Azərbaycan klublarının avrokuboklardakı ən yaxşı bombardirlərinin siyahısında dəyişiklik olub. “İnter”in futbolçusu Rauf Əliyev qitə kuboklarında qol sayını 5-ə çatdırıb. O, Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost”la Serbiyadakı görüşündə fərqlənib. Bu top onun 5-ci uğuru olub. Bununla da Əliyev Vüqar Nadirov, Teo Uiks və Julius Vobaya çatıb. Hərəyə 5 qol vuran “dördlük” bombardirlər siyahısında 8-11-ci yerlərə şərikdi. Ən yaxşı “11-liy”in önündə isə 11 qol vuran Reynaldo qərarlaşıb. “Qarabağ”ın sabiq futbolçusu bütün rəqiblərini arxada qoyur.
1. Reynaldo Silva 11
2-4. Rəşad Sadiqov 7
Rəşad Sadıqov 7
Riçard Ameyda 7
5-7. Baçana Sxadadze 6
Əfran İsmayılov 6
Sergey Zenyov 6
8-11. Julus Vobay 5
Vüqar Nadirov 5
Teo Uiks 5
Rauf Əliyev 5
Azərbaycan futbolunda üçüncü dəfə
“İnter” mövsümə böyükhesablı qələbə ilə başlayıb. Paytaxt təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Mladost”u Serbiyada 3 cavabsız qolla keçib. Bu qələbə Azərbaycan futbolu tarixinə avrokuboklardakı 11-ci böyükhesablı zəfər kimi düşüb. “Qarabağ” hamıdan çox – 6 dəfə belə nəticə əldə edib. “İnter” isə 2-ci dəfə darmadağına sevinib. “Neftçi”, “Şəmkir” və “Qəbələ”nin bir belə uğuru var. Bu böyükhesablı qələbələrdən 8-i evdə, 3-ü səfərdə qazanılıb. “İnter”in Serbiya zəfərinədək yalnız iki dəfə rəqib meydanında 3 və daha çox top fərqinə sevinmişdik. Bunlardan biri “Qarabağ”, digəri “İnter”in hesabında idi. 2012-ci ildə Estoniyada “Trans” 5 cavabsız qol vuran bakılılar səfərdəki böyükhesablı qələbə sayında önə keçib. “Qarabağ” isə ilk belə uğurumuzun memarıdı. Ağdamlılar 2011-ci ildə Litvada “Banqa”ya “dərs keçib” – 4:0.
İntizamlı və dəqiq “İnter”
“Mladost” – “İnter” matçının statistik göstəriciləri açıqlanıb. 3:0 hesablı səfər qələbəsi qazanan “İnter” intizamı və dəqiqliyi ilə qalib gəlib. Meydan sahibləri az qala bütün göstəricilərdə aşkar üstün olsa da, çərçivəni dəqiq nişan almaq və qol vurmaq bacarığı Zaur Svanadzenin yetirmələrində yüksək olub.
|
“Mladost” |
|
“İnter” |
|
0 |
Qollar |
3 |
|
20 |
Zərbələr |
11 |
|
4 |
Çərçivəyə |
5 |
|
13 |
Çərçivəyə düşməyən |
5 |
|
3 |
Dəf olunan |
1 |
|
7 |
Künc zərbələri |
2 |
|
3 |
Oyundan kənar vəziyyət |
1 |
|
18 |
Qayda pozuntusu |
4 |
|
4 |
Sarı vərəqə |
2 |
|
0 |
Qırmızı vərəqə |
0 |
“Arxayınlaşmağa haqqımız yoxdu”
“Yaxşı ki qalib gəldik. Çox vacib oyun idi” - bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib. “Mladost” üzərində inamlı qələbə qazanan paytaxt təmsilçisinin çalışdırıcısı oyundan sonra fikirlərini bölüşüb. Gürcü mütəxəssis arxayınlaşmamamlı olduqlarını vurğulayıb: “3:0 əla hesabdı, ancaq unutmayaq ki, qarşıda hələ bir oyun yenə var. “Mladost” çox yaxşı komandadı. Bizim arxayınlaşmağa haqqımız yoxdu. Onların fərqlənmək üçün çoxlu şansları oldu. Elə bizim də. Hər şey Bakıda həll olunacaq. Hələ qətiyyən demək olmaz ki, biz mərhələni keçmişik”.
12-ci dubl: Skarlatakedən ilk
“Mladost”la oyun Adrian Skarlatake üçün uğurlu alınıb. “İnter”in rumıniyalı müdafiəçisi 3:0 hesablı qələbəyə dublla töhfə verib. Bu, legionerin təmsilçilərimizlə avrokuboklardakı ilk dublu olub. Ümumilikdə isə Azərbaycan futbolu tarixində 12-ci dəfə futbolçumuz avrokubokda dubla imza atıb. Skarlatake “İnter”də bunu bacaran 2-ci oyunçudu. Onadək Baçana Sxadadze klubunda ilk dubl müəllifi kimi tarixə düşüb. Adrian Azərbaycan klubları ilə avrokuboklarda qol sayını 3-ə çatdırıb.
1999/2000
20 iyun. “Makkabi” (Hayfa, İsrail) – “Qarabağ” – 1:2 Müşfiq Hüseynov (2)
12 avqust. “Neftçi” – “Srvena Zvezda” (Yuqoslaviya) – 2:3 Vadim Vasilyev (2)
2009/10
21 iyul. “Bakı” – “Ekranas” (Litva) – 4:2 Feliks Felipe Almeyda (2)
2010/11
15 iyul. “Portadaun” (Şimali İralandiya) – “Qarabağ” – 1:2 Əfran İsmayılov (2)
2011/12
30 iyun. “Banqa” (Litva) – “Qarabağ” 0:4 Vüqar Nadirov (2)
2012/13
5 iyul. “Trans” (Estoniya) – “İnter” – 0:5 Baçana Sxadadze (2)
2014/15
21 avqust. “Partizan” (Serbiya) – “Neftçi” – 3:2 Denis Silva (2)
2015/16
23 iyul. “Qəbələ” – “Çukariçki” (Serbiya) – 2:0 Sergey Zenyov (2)
27 avqust. “Panatinaikos” (Yunanıstan) – “Qəbələ” – 2:2 Dodo (2)
2016/17
12 iyul. “Qarabağ” – “Düdelanj” (Lüksemburq” – 2:0 Riçard Almeyda (2)
18 avqust. “Qəbələ” – “Maribor” (Sloveniya) – 3:1 Baqali Dabo (2)
2017/18
29 iyun. “Mladost” (Serbiya) – “İnter” – 0:3 Adrian Skarlatake (2)
3:0-la gələn 30-cu səfər zəfəri
Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparan “İnter” tarixi qələbə qazanıb. Paytaxt klubu təmsilçilərimizin avrokuboklarda tarixi ərzində 30-cu səfər qələbəsinin müəllifi olub. Belə ki, Luçani təmsilçisi ilə görüşədək klublarımız klubları 23 ildi çıxış etdikləri avrokuboklarda 29 dəfə rəqib meydanından qalib dönmüşdü. 30 qələbədə ən çox payı olan “Qarabağ”dı - 12 dəfə. “İnter” 8-ci dəfə rəqib meydanında qalib gəlibsə, “Neftçi”nin 5 belə uğuru var. Rəqib meydanında qələbə qazanmağı bacaran digər 5 komanda hərəyə 1 dəfə sevinib. İlk səfər qələbəsi 1999-cu ilə təsadüf edib. Həmin il iyunun 20-də “Qarabağ” İntertoto kubokunun I mərhələsində İsrail “Makkabi”sindən güclü olub. Təmsilçimiz Hayfa klubunu 2:1 hesabı ilə yenib.
“İnter” - Avropa Liqasında üç komandadan biri
“İnter” Avropa Liqasının I təsnifat mərhələsinin ən yaxşı səfər komandalarından olub. “Mladost”u 3:0 hesabı ilə yenən Zaur Svanadzenin yetirmələri rəqib meydanında böyükhesablı qələbə əldə edən 3 komandadan biridi. Bakılılar kimi, Slovakiya “Slovan”ı da səfərdə 3 top fərqinə sevinib. Bratislava təmsilçisi Ermənistanda “Pünik”ə “dərs keçib” – 4:1. Digər böyükhesablı qələbənin müəllifi olan Kipr AEL-i isə daha fərqli qaələbəyə sevinib. Ada təmsilçisi Cəbəllütariqdə “Sent Cozef”i 4:0 hesabı ilə yenib.
Avropa Liqasının bombardirləri sırasında
Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunlarından sonra bombardirlər siyahısı açıqlanıb. Siyahıya keçirdikləri yeganə qarşılaşmada 2 qol vuran oyunçular başçılıq edir. Baş tutan 50 matçda 21 futbolçu dubl müəllifi olub. Bombardirlər sırasında Azərbaycan təmsilçisi də yer alıb. Adrian Skarlatake 2 dəfə fərqlənən oyunçulardan biridi. O, Serbiyada “Mladost”la görüşdə dubla imza atıb. Skarlatakenin şərikləri sırasında məşhurlardan Andrey Arşavin də yer alıb. “Kayrat”ın rusiyalı legioneri də ilk matçda dubla sevinib.
Maksimum qazanc – UEFA reytinqi
Avrokubokların I təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb. Avropanın 55 ölkəsinin yer aldığı cədvəldə müəyyən dəyişikliklər qeydə alınıb. Azərbaycan mövqeyini dəyişməsə də, xal hesabında artıma nail olub. Buna səbəb Avropa Liqasındakı ilk matçlardı.
“Zirə”nin evdə Lüksemburq “Differdanj”ını 2:0, “İnter”in səfərdə Serbiya “Mladost”unu 3:0 hesabı ilə yenməsi ölkəmizin aktivini daha da zənginləşdirib. Nəticədə Azərbaycan yeni mövsümə maksimum qazancla başlayıb. Belə ki, 2 qələbə hesabımıza 0,500 xal gətirib.
Mövsümün ilk qazancı ilə Azərbaycanın ümumi əmsalı 15,250-yə çatıb. Son 5 ilin nəticələrinə görə hesablanan bu rəqəmdə irəliləyiş mümkün olmayıb. Azərbaycan hazırda Avropanın 23-cüsüdü.
Hazırda ölkəmiz 22-ci olan Bolqarıstandan cəmi 0,375 xal geri qalır. 2 qələbə bu fərqi aradan qaldırmağa yetərli olmayıb. Çünki balkanlılar da son oyun günündə 0,500 xal əldə edib. Əvəzində 21-ci olan Belarusla fərqimiz 0,500-ə qədər azalıb. Siyahıya 88,998 xala malik İspaniya başçılıq edir (apasport.az).
|
N |
Ölkə |
13/14 |
14/15 |
15/16 |
16/17 |
17/18 |
Cəmi |
komanda |
|
1 |
İspaniya |
23.000 |
20.214 |
23.928 |
20.142 |
1.714 |
88.998 |
7/ 7 |
|
2 |
Almaniya |
14.714 |
15.857 |
16.428 |
14.571 |
1.714 |
63.284 |
7/ 7 |
|
3 |
İngiltərə |
16.785 |
13.571 |
14.250 |
14.928 |
2.285 |
61.819 |
7/ 7 |
|
4 |
İtaliya |
14.166 |
19.000 |
11.500 |
14.250 |
1.333 |
60.249 |
6/ 6 |
|
5 |
Fransa |
8.500 |
10.916 |
11.083 |
14.416 |
1.333 |
46.248 |
6/ 6 |
|
6 |
Rusiya |
10.416 |
9.666 |
11.500 |
9.200 |
0.800 |
41.582 |
5/ 5 |
|
7 |
Portuqaliya |
9.916 |
9.083 |
10.500 |
8.083 |
1.333 |
38.915 |
6/ 6 |
|
8 |
Belçika |
6.400 |
9.600 |
7.400 |
12.500 |
0.800 |
36.700 |
5/ 5 |
|
9 |
Ukrayna |
7.833 |
10.000 |
9.800 |
5.500 |
0.800 |
33.933 |
5/ 5 |
|
10 |
Türkiyə |
6.700 |
6.000 |
6.600 |
9.700 |
0.800 |
29.800 |
5/ 5 |
|
11 |
Hollandiya |
5.916 |
6.083 |
5.750 |
9.100 |
0.800 |
27.649 |
5/ 5 |
|
12 |
Çexiya |
8.000 |
3.875 |
7.300 |
5.500 |
0.000 |
24.675 |
5/ 5 |
|
13 |
İsveçrə |
7.200 |
6.900 |
5.300 |
4.300 |
0.800 |
24.500 |
5/ 5 |
|
14 |
Yunanıstan |
6.100 |
6.200 |
5.400 |
5.800 |
0.000 |
23.500 |
5/ 5 |
|
15 |
Avstriya |
7.800 |
4.125 |
3.800 |
7.375 |
0.250 |
23.350 |
4/ 4 |
|
16 |
Danimarka |
3.800 |
2.900 |
5.500 |
8.500 |
0.500 |
21.200 |
4/ 4 |
|
17 |
Xorvatiya |
4.375 |
6.875 |
4.500 |
5.125 |
0.250 |
21.125 |
4/ 4 |
|
18 |
Polşa |
3.125 |
4.750 |
5.500 |
3.875 |
0.500 |
17.750 |
4/ 4 |
|
19 |
Rumıniya |
6.875 |
5.125 |
2.250 |
3.300 |
0.000 |
17.550 |
5/ 5 |
|
20 |
İsrail |
5.750 |
1.375 |
2.250 |
6.750 |
0.500 |
16.625 |
4/ 4 |
|
21 |
Belarus |
1.750 |
5.500 |
5.125 |
3.000 |
0.375 |
15.750 |
4/ 4 |
|
22 |
Bolqarıstan |
5.625 |
4.250 |
1.000 |
4.250 |
0.500 |
15.625 |
4/ 4 |
|
23 |
AZƏRBAYCAN |
2.500 |
3.625 |
4.375 |
4.250 |
0.500 |
15.250 |
4/ 4 |
|
24 |
Kipr |
2.750 |
3.300 |
3.000 |
5.500 |
0.500 |
15.050 |
4/ 4 |
|
25 |
İsveç |
3.200 |
3.900 |
4.750 |
2.750 |
0.375 |
14.975 |
4/ 4 |
|
26 |
Şotlandiya |
3.250 |
4.000 |
3.000 |
4.375 |
0.250 |
14.875 |
4/ 4 |
|
27 |
Qazaxıstan |
3.125 |
3.375 |
4.625 |
2.750 |
0.500 |
14.375 |
4/ 4 |
|
28 |
Norveç |
2.600 |
2.200 |
7.250 |
1.375 |
0.500 |
13.925 |
4/ 4 |
|
29 |
Serbiya |
2.500 |
2.750 |
4.250 |
2.875 |
0.500 |
12.875 |
4/ 4 |
|
30 |
Lixtenşteyn |
1.000 |
2.500 |
5.000 |
2.500 |
1.000 |
12.000 |
1/ 1 |
|
31 |
Slovakiya |
1.625 |
2.750 |
3.750 |
2.125 |
0.500 |
10.750 |
4/ 4 |
|
32 |
Sloveniya |
2.625 |
4.000 |
1.000 |
2.250 |
0.500 |
10.375 |
4/ 4 |
|
33 |
Moldova |
3.375 |
1.750 |
1.250 |
0.875 |
0.250 |
7.500 |
4/ 4 |
|
34 |
İslandiya |
2.500 |
2.500 |
1.125 |
1.000 |
0.250 |
7.375 |
4/ 4 |
|
35 |
Macarıstan |
0.875 |
2.125 |
1.625 |
1.875 |
0.500 |
7.000 |
4/ 4 |
|
36 |
Albaniya |
2.000 |
0.875 |
2.125 |
0.875 |
0.250 |
6.125 |
4/ 4 |
|
37 |
İrlandiya |
0.250 |
2.000 |
0.700 |
2.625 |
0.500 |
6.075 |
4/ 4 |
|
38 |
Finlandiya |
0.500 |
2.400 |
1.000 |
1.750 |
0.375 |
6.025 |
4/ 4 |
|
39 |
Bosniya H. |
1.500 |
1.750 |
1.500 |
0.500 |
0.500 |
5.750 |
4/ 4 |
|
40 |
Estoniya |
1.000 |
1.500 |
1.000 |
1.375 |
0.250 |
5.125 |
4/ 4 |
|
41 |
Latviya |
1.625 |
0.250 |
1.625 |
1.375 |
0.125 |
5.000 |
4/ 4 |
|
42 |
Makedoniya |
0.500 |
1.125 |
1.500 |
1.250 |
0.500 |
4.875 |
4/ 4 |
|
43 |
Gürcüstan |
1.875 |
1.250 |
0.625 |
1.125 |
0.000 |
4.875 |
4/ 4 |
|
44 |
Ermənistan |
1.125 |
0.375 |
1.625 |
1.125 |
0.250 |
4.500 |
4/ 4 |
|
45 |
Monteneqro |
1.250 |
0.750 |
1.000 |
0.875 |
0.250 |
4.125 |
4/ 4 |
|
46 |
Ş.İrlandiya |
0.875 |
1.375 |
0.750 |
0.500 |
0.500 |
4.000 |
4/ 4 |
|
47 |
Lüksemburq |
1.500 |
0.500 |
0.750 |
0.750 |
0.250 |
3.750 |
4/ 4 |
|
48 |
Malta |
0.875 |
0.125 |
0.875 |
1.250 |
0.500 |
3.625 |
4/ 4 |
|
49 |
Uels |
0.750 |
0.125 |
1.500 |
1.000 |
0.250 |
3.625 |
4/ 4 |
|
50 |
Litva |
1.250 |
0.500 |
0.750 |
0.500 |
0.375 |
3.375 |
4/ 4 |
|
51 |
Farer adaları |
0.875 |
1.375 |
0.375 |
0.375 |
0.375 |
3.375 |
4/ 4 |
|
52 |
Cəbəllütariq |
0.000 |
0.250 |
0.750 |
1.500 |
0.333 |
2.833 |
3/ 3 |
|
53 |
Andorra |
0.333 |
0.500 |
0.166 |
0.166 |
0.000 |
1.165 |
3/ 3 |
|
54 |
San-Marino |
0.333 |
0.000 |
0.000 |
0.000 |
0.000 |
0.333 |
3/ 3 |
|
55 |
Kosovo |
0.000 |
0.000 |
0.000 |
0.000 |
0.000 |
0.000 |
2/ 2 |

