"Zirə" Luksemburqu bir-birinə vurdu: Geri qaytarırlar - FOTOLAR

30 İyun 2017 14:00 Avropa Liqası 1 667
"Zirə" Luksemburqu bir-birinə vurdu: Geri qaytarırlar - FOTOLAR

Dünən Azərbaycan klubları üçün yeni avrokubok mövsümü start götürdü. Mübarizəyə ilk olaraq “Zirə” qoşuldu. Premyer Liqada 4-cü yeri tutan Avropa Liqasına yolu açılan “Zirə” I təsnifat mərhələsində debüt matçına çıxdı.

"Differdanj"la qarşılaşan qəsəbə təmsilçisi debütünü qələbə ilə qeyd etdi. Hər hissədə Lüksemburq təmsilçisinə vurduğu bir qolla Mərdəkandan 2:0 hesablı qalibiyyətlə ayrıldı. "Zirə"lilər Qadze və Belfortun sayəsində ikiqat yubileyin müəllifi oldu.

Bu, komandalarımızın 1994-cü ildə debüt etdiyi UEFA kuboku tarixində ümumilikdə 30-cu ev qələbəsi idi. 2009-cu ildən Avropa Liqası adlanan bu yarışda indiyədək 29 dəfə qalibiyyətimiz var idi. 30 qələbədən 5-i yarışın UEFA kuboku dövrünə - 1994-2009-cu illərə təsadüf edib.

8 ildi Avropa Liqası adlanan indiki formatda 25-ci qələbə “Dalğa Arena”da əldə olunub. "Differdanj" Azərbaycana azarkeş gətirməsə də, matç təmsil etdiyi şəhərdə böyük ajiotaj doğurub.y üzlərlə fanat kafe və restoranlarda toplaşaraq, qarşılaşmanı izləyib.

Nəticə sosial şəbəkələri bir-birinə vurub. Lüksemburqlu tərəfdarlar baş məşqçi Paskal Karzaniqanın ünvanına tənqid yağdırıb. Oyundan sonra təşkil edilən mətbuat konfransına qatılmayan, buna səbəb kimi təyyarəyə gecikməsini göstərən fransız mütəxəssisin "Zirə"dən çəkinməsini və "dişstz" futbol oynatdırmasını qeyd ediblər.

“Differdanj”a yaxın mətbu orqanlar isə komanda Bakıda 3 futbolçunun xidmətindən yararlana bilməyib. Qonçalo Almeyda, Tom Sibanelera və Pedro Ribeyro müxtəlif səbəblərdən paytaxtımıza gələn heyətdə yer almayıb Ötən mövsüm aldığı zədəni təzələyən Almeyda hələ bir neçə həftə “Differdanj”a kömək edə bilməyəcək. Bu isə o deməkdi ki, hücumameyilli oyunçu iyulun 6-da Lüksemburqda baş tutacaq cavab qarşılaşmasını da buraxacaq.

Baş məşqçi Paskal Karzaniqa bunu özləri üçün ciddi itki adlandırıb: “Onun sıradan çıxması bizim üçün çox pis xəbər oldu. Almeydanın qasıq nahiyəsində ciddi problem var. Tibbi müayinənin nəticəsi bütün sualların cavabını verəcək. Ancaq Almeyda çox güman ki, bir neçə həftə komanda ilə olmayacaq. Bu da bizə böyük zərbədi”.

Lüksemburq təmsilçisi iyulun 6-da baş tutacaq cavab görüşünün hazırlığına artıq başlayıb. Klub rəhbərliyi 2007-ci ildən debüt etdikləri avrokuboklardakı çıxışı əks etdirən t-şörtü satışa buraxıb. Qiyməti 20 avrodu. Üstündə 5 avro artıq verənlər “Zirə” ilə qarşılaşmaya bilet hədiyyə alacaq. "Dalğa Arena"dakı məğlubiyyət sağışa mənfi təsir edib. Həmyerlilərinin mərhələ keçmək şansının azalmasını başa düşən fanatların bir qismi aldıqları bileti geri qaytarmaq istədiklərini yazıblar.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti