Baş katib "Zirə"ni o ki var təriflədi, "İnter" haqda "ürəyimizcədi" dedi

30 İyun 2017 13:12 Avropa Liqası 787
Baş katib "Zirə"ni o ki var təriflədi, "İnter" haqda "ürəyimizcədi" dedi

AFFA-nın baş katibi Elxan Məmmədov Avropa Liqasının I təsnifat mərhələsində “Zirə” və “İnter”in keçirdiyi ilk oyunları dəyərləndirib. “Dalğa Arena”da “Differdanj”ı (Lüksemburq) qəbul edən “Zirə” 2:0, “İnter” isə Serbiyada “Mladost”aa 3:0 hesabı ilə qalib gəlib.

Sportinfo.az xəbər verir ki, milli assosiasiya rəsmisi Azərbaycan təmsilçilərinin müvafiq olaraq, evdə Lüksemburq "Differdanj"ı və Serbiyada "Mladost" üzərində qazandıqları qələbələrdən razılıq ifadə edib.

Baş katib ilk olaraq “Zirə”nin Avroliqada debut oyununu yüksək qiymətləndirib: “Oyun son dərəcə gərgin və maraqlı keçdi. Avroliqada ilk dəfə çıxış etməsinə baxmayaraq, komandamız əzmkarlığı və peşəkarlığı nəticəsində istəyinə nail olaraq arzularımızı gerçəkləşdirdi.

Bu nəticə “Zirə” nin yaxşı komanda olduğunu göstərdi və rəhbərlik tərəfindən yaradılan şəraitə uyğun olaraq, oyuna yüksək səviyyədə hazırlaşdığını əyani təsdiqlədi. Ümid edirəm ki, bu komanda növbəti qarşılaşmalarda da yaxşı nəticələrə nail olmaqla tarixini ilk Avroliqa oyunlarından başlayaraq zənginləşdirəcək".

E.Məmmədov “İnter”in səfərdə qazandığı nəticəni də sevindirici adlandırıb: "Müəyyən səbəblərdən komandanın son vaxtlar çətin vəziyyətə düşməsinə və 2 transfer dövrü üçün qadağanın qoyulmasına baxmayaraq, keçirilən oyun və qazanılan qələbə ürəyimizcədi. Beləliklə də komandalarımızın beynəlxalq oyunlara yaxşı başlanğıcı AFFA rəhbərliyinin böyük sevincinə səbəb oldu”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti