Gürcü haqq-hesabı Bakıya saxladı: "Axayınlaşa bilmərik"

30 İyun 2017 09:12 Avropa Liqası 697
Gürcü haqq-hesabı Bakıya saxladı: "Axayınlaşa bilmərik"

"İnter"in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Serbiya "Mladost"una qarşı keçirdikləri ilk oyunu şərh edib. Sportinfo.az xəbər verir ki, gürcü mütəxəssis 3:0 hesablı qələbədən sonra bunları söyləyib:

"Çox vacib oyunda qalib gəldik. Bu, yaxşı haldı. Nəticə də qənaətbəxşdi. Amma hələ bizi qarşıda cavab görüşü gözləyir. Bunu unutmayaq. Rəqib də çox yaxşı komandadı. Arxayınlaşa bilmərik. "Mladost"un da az şansı olmadı. Hər şey Bakıda həll olunacaq. Hələlik, mərhələ keçdiyimizi demək olmaz".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti