Paşayev iki penalti verdi, rus ulduz şansı qaçırmadı - VİDEO

30 İyun 2017 09:00 Avropa Liqası 676
Paşayev iki penalti verdi, rus ulduz şansı qaçırmadı - VİDEO

FİFA referisi Ömər Paşayev avrokuboklarda ilk oyununu idarə edib. Sportinfo.az xəbər verir ki, həmyerlimiz Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Qazaxıstanda baş tutan "Kayrat" - "Atlantas" matçında ədaləti qoruyub.

Qarşılaşman "İnter"in sabiq baş məşqçisi Kaxaber Sxadadzenin baş məşqçisi olduğu Almatı təmsilçisinin qələbəsi ilə başa çatıb. Qazaxıstan klubu rəqibinin qapısından 6 cavabsız top keçirib. "Kayrat" bu qollardan ikisini 11 metrlik cərimə zərbəsindən vurub.

Belə ki, Paşayev 26 və 50-ci dəqiqədə "Atlantus"un qapısına penalti təyin edib. Əvvəlcə Rusiya millisinin sabiq üzvü Andrey Arşavin, daha sonra isə Qohou qapıçı ilə dueldən qalib ayrılmağı bacarıb.

Bundan başqa, Paşayev 67 və 81-ci dəqiqələrdə əlini cibinə atmalı olub. O, 67-ci dəqiqədə Litva klubunun futbolçusu Benatanı, 81-ci dəqiqədə isə "Kayrat"ın oyunçusu İliçeviçi "sarı" ilə cazalandırılb.

"Kayrat" - "Atlantas" 6:0
Qollar
: Qohou, 21, 50 (pen.), Arşavin, 26 (pen.), 42, İliçeviç, 30, 73

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti