Həsənovun Latviyada işi o qədər də çətin olmadı - SÜLHƏ İMZA

30 İyun 2017 00:50 Avropa Liqası 570
Həsənovun Latviyada işi o qədər də çətin olmadı - SÜLHƏ İMZA

Azərbaycanlı FİFA referisi Rəhim Həsənovun rəhbərlik etdiyi hakimlər briqadamız Avropa Liqasında keçirilmiş “Ventspils” (Latviya) – “Valyur” (İslandiya) matçını idarə edib.

Sportlinfo.az xəbər verir ki, qarşılaşma qolsuz başa çatıb - 0:0. Həsənovun bu görüşdə işi o qədər də çətin olmayıb. O, yalnız qonaqların bir futbolçusuna sarı vərəqə göstərib.

Bu görüşdə Həsənova yan xətt hakimləri Yaşar Abbasovla Vaqif Musayev kömək edib. Dördüncü hakim funksiyasını isə Rauf Cabarov yerinə yetirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti