"Azərbaycan klubu üzərində qələbə mütləq şərtdi"

29 İyun 2017 21:48 Avropa Liqası 945
"Azərbaycan klubu üzərində qələbə mütləq şərtdi"

“Avropa Liqasında çıxış ötən mövsüm qazandıqlarımızın mükafatıdı. Bu anlardan həzz alırıq” - Sportinfo.az xəbər verir ki,.bu sözləri “Mladost”un futbolçusu İvan Miloşeviç deyib.

Avropa Liqasının I təsnifat mərhələsinin “İnter”lə bu gün keçiriləcək ilk oyunu öncəsi baş tutan mətbuat konfransında iştirak edən futbolçu iddialı danışıb. 33 yaşlı müdafiəçi bildirib ki, meydana ancaq qələbə üçün çıxacaqlar:

“Dolu tribunalar önündə oynayacağımızı gözləyirəm. Biz də “Mladost”u dəstəkləmək üçün stadiona gələn azarkeşləri məyus etməməyə çalışacağıq. Qələbə mütləq şərtdi. Komandamızda gənclər də, təcrübəlilər də var. Onların sintezini yaratmaqla irəliləyişə nail olmalıyıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti