"İnter"də sirr saxlamayıblar

29 İyun 2017 19:36 Avropa Liqası 695
"İnter"də sirr saxlamayıblar

Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “İnter”i qəbul edəcək “Mladost”un hücumçusu Saşa Yovanoviç matç öncəsi fikirlərini dilə gətirib. Görüş saat 22:30-da start götürəcək.

Sportinfo.az xəbər verir ki, o, bunları söyləyib: “Klub, şəhər və bölgə üçün tarixi an yaxınlaşır. Hədəfimiz yalnız növbəti mərhələyə adlamaqdı. Azarkeşlərimizdən xüsusi dəstək gözləyirik. Düşünürəm ki, bu gün stadion dolu olacaq, azarkeşlərimiz “12-ci oyunçu” funksiyasını yerinə yetirəcəklər.

Onların dəstəyi qələbəmizə təkan verə bilər. Rəqibi taktiki cəhətdən hərtərəfli təhlil etmişik. Baş məşqçimiz bizə “İnter”in futbolçularının individual keyfiyyətlərini izah edib. Matça həm fiziki, həm də psixoloji cəhətdən hazırıq.

Doğma azarkeşlərimizin dəstəyi ilə səfər matçı öncəsi qələbə qazanmaq istəyirik. Təbii ki, qol buraxmadan qalib gəlməyə çalışacağıq. Ümumiyyətlə, Avropa Liqasında mümkün qədər irəliləməyə çalışacağıq. Bu, bizim gələcək karyeramıza da müsbət mənada təsir edə bilər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti