"İnter" haqda elə sözlər dedi…

29 İyun 2017 13:24 Avropa Liqası 1 019
"İnter" haqda elə sözlər dedi…

"Yaxşı nəticə qazanmaq niyyətindəyik. Ancaq bunun nə dərəcədə alınacağını zaman və oyun göstərəcək".
Sportinfo.az xəbər verir ki, bu sözlər "Mladost"un baş məşqçisi Nenad Milavanoviçə məxsusdu.

Serbiya təmsilçisi bu gün Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "İnter"i qəbul edəcək. Oyundan bir gün öncə keçirilən mətbuat konfrasında iştirak edən serbiyalı baş məşqçi fikirlərini bildirib.

O, yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini deyib: "Ötən mövsüm xəyal etdiyimiz Avropa Liqasına vəsiqə qazandıq. Ümid edirik ki, qarşımıza qoyulan məqsədə çata biləcəyik".

Çalışdırıcı rəqibi yaxşı analiz etdiklərini vurğulayıb: "Rəqibimizi yaxşı analiz etmişik, bir neçə oyunlarını izləmişik. Bilirik ki, "İnter" müdafiədə mükəmməl oynayır. Biz oyunumuzu buna görə qurmuşuq. Düzdü, planımızın nə dərəcədə alınıb-alınmayacağını demək bir qədər çətindi. İstəyimiz ilk oyunda cütün taleyini həll etməkdi.

Ötən mövsümün yekununda avrokuboklara vəsiqə qazanmaqla, “Mladost”un bütün nəsillərinin xəyallarını gerçəkləşdirdik. Biz bu xəyalı davam etdirmək istəyirik. Bunun asan olub-olmayacağını bilmirik”.
47 yaşlı mütəxəssis “İnter”in güclü rəqib olduğunu qeyd edib: “Rəqib bizimlə müqayisədə çox təcrübəlidi.

Qarşımızda çox güclü komanda var. Bu komanda yaxşı müdafiə olunmağı və əks-hücum qurmağı bacarır. Amma bizim də itiriləcək heç nəyimiz yoxdu. Ən yaxşı bacardığımızı - intizamlı oyunumuzu göstərməliyik. Proqnoz verməyi bacarmıram. Amma deyə bilərəm ki, ilk görüş həlledici olmayacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti