FOTO - "CBC Sport" "İnter"i Serbiyadan evimizə qonaq gətirəcək

29 İyun 2017 01:00 Avropa Liqası 741
FOTO - "CBC Sport" "İnter"i Serbiyadan evimizə qonaq gətirəcək

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "İnter" bu gün Serbiyada "Mladost"la üz-üzə gələcək. Sportinfo.az xəbər verir ki, 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlanacaq və "CBC Sport"la canlı yayımlanacaq.

Məlumatı kanalın rəsmi saytı yayıb. Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsində oynanılacaq "Zirə" - "Differdanj" (Lüksemburq) görüşü də "CBC Sport"un canlı efirində olacaq. "Dalğa Arena"da keçiriləcək oyuna saat 21:00-da start veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti