"Yox, bu, heç bir problem yaratmayacaq" - "Qarabağ"ın izi ilə

29 İyun 2017 00:53 Avropa Liqası 726
"Yox, bu, heç bir problem yaratmayacaq" - "Qarabağ"ın izi ilə

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Zirə” ilə qarşılaşacaq “Differdanj”ın baş məşqçisi Paskal Karzaniqa oyunöncəsi mətbuat konfransında sualları cavablandırıb. Sportinfo.az xəbər verir ki, Lüksemburq klubunun fransalı çalışdırıcısı öncə oyunla bağlı fikirlərini bildirib:

- Əvvəlcədən nə isə demək düzgün olmazdı. Sabahkı oyundan sonra konkret nə isə demək olar.

Rəqibi təhlil etmisiz?
- Bundan öncə Azərbaycana gəlmişdik. “Dudelanj”ın baş məşqçisi olanda “Qarabağ”la qarşılaşmışdıq. Rəqibin hansı taktikadan istifadə edəcəyini təxmin edirik.

3 futbolçunuzun işlə bağlı problemi var idi. Bu, bizim ölkədə maraqla qarşılandı. Demək olar ki, “Differdanj” yarımhəvəskar komandadı?
- Bir oyunçumuz gəlməyib.

Əsas heyət oyunçunuzdu. Bu, problem yaratmayacaq ki?
- Yox, bu, heç bir problem yaratmayacaq.

Hava istidi. Bu, sizin komandaya əlavə çətinlik yaratmayacaq ki?
- Xeyr, biz bu cür havada oynamağa öyrəşmişik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti