Avroliqanın I təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Differdanj” artıq Bakıdadı. Dünən gecə gəliblər. Ötən mövsümdən qalan qırmızı vərəqə cəzası olan Tom Sibanelera və zədəli Qonçalo Almeyda sabah Mərdəkanda meydana çıxa bilməyəcək.
"Cırtdanlar" hələ hazır olmayan Pedro Ribeyronun xidmətindən də məhrumdu. “Differdanj”ın 3 futbolçusu – Yannik Bastos, Cofri Franzoni və Çadli Amiri Bakıya gələ bilmək üçün əsas iş yerlərindən çətinliklə icazə alıblar. Hətta Bastos bu səfərə görə şənbə günü işə çıxacaq.
O, bir ara İngiltərə çempionatında çıxış edib, "Bolton"un şərəfini qoruyub (2014). Sağ cinah yarımmüdafiəçisi 2013-cü ildən lüksemburq yığmasına dəvət alır. Bu müddətdə ölkəsinin əsas millisinin heyətində 5 matça çıxıb. Sportinfo.az Bastosla bağlı reportajı oxucularına təqdim edir:

