Azərbaycanın Serbiyadakı səfirliyi "İnter"ə nə vəd etdi?

28 İyun 2017 10:48 Avropa Liqası 806
Azərbaycanın Serbiyadakı səfirliyi "İnter"ə nə vəd etdi?

Azərbaycanın Serbiyadakı səfirliyi "İnter"ə yerli "Mladost" komandası ilə futbol üzrə Avropa Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirəcəyi ilk oyunda dəstək olacaq. Sportinfo.az xəbər verir ki, bu barədə paytaxt komandasını Belqrad hava limanında qarşılayan səfirliyin konsulluq və protokol məsələləri üzrə attaşesi Elvin Əlizadə bildirib.

Komanda üzvləri ilə görüşən E.Əlizadə oyun günü bir qrup şəxslə matçı stadiondan canlı izləyəcəklərini açıqlayıb. "İnter" Serbiyada ilk məşqə ötən gün Pojeqa qəsəbəsində "Sloqa" klubuna məxsus stadionda çıxıb. "Mladost"la oyuna sifariş olunan 23 futbolçudan 2-si - Ricat Qarayev və Qara Qarayev Bakıda qaldıqları üçün hazırlıq prosesində yer almayıblar.

Bu gün isə komanda oyunun keçiriləcəyi "Luçani" stadionunda məşqə çıxacaq. Səfərə komanda ilə birgə çıxmayan Klubun Müşahidə Şurasının sədri Zaur Axundovun da məşqədək yetişəcəyi gözlənilir. İyunun 29-da keçiriləcək matç Bakı vaxtı ilə saat 22:30-da başlanacaq. Cavab görüşü iyunun 6-da Bakıdakı "Dalğa Arena"da olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti