"Differdanj" bu haqda UEFA və "Zirə"yə məlumat vermədiyi üçün…

27 İyun 2017 20:48 Avropa Liqası 1 040
"Differdanj" bu haqda UEFA və "Zirə"yə məlumat vermədiyi üçün…

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Zirə" - "Differdanj" oyunu ilə bağlı mətbuat konfransı və açıq məşqlərin vaxtları dəqiqləşib. Sportinfo.az xəbər verir ki, oyunöncəsi mətbuat konfransı yalnız "Zirə" tərəfindən təşkil olunacaq.

Qonaqlar bu haqda UEFA və klubumuza məlumat vermədiyi üçün yalnız meydan sahiblərinin mətbuat konfransı nəzərdə tutulub. Sabah saat 20:30-da "Dalğa Arena"nın konfrans zalında "Zirə"nin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçiriləcək.

Saat 21:00-da isə təmsilçimizin oyunöncəsi son məşqi başlayacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq. 19:00-da metronun "Gənclik" stansiyasından (Tofiq Bəhramov adına Respublika stadionunun qarşısından) "Dalğa Arena"ya avtobus çıxacaq. "Differdanj"ın oyunöncəsi son məşqi saat 19:30-da başlayacaq və ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti