Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Mladost” (Luçani, Serbiya) - “İnter” oyununun biletlərinin qiyməti açıqlanıb.
Sportinfo.az Luçani təmsilçisinin saytına istinadən xəbər verir ki, biletlər bu gündən etibarən satışa çıxarılıb. Bütün biletlərin qiyməti 500 Serbiya dinarıdı (7,88 AZN).
“Mladost” - “İnter” oyunu iyunun 29-da, yerli vaxtla saat 20:30-da (Bakı vaxtıyla 22:30) başlayacaq. Matç Luçani şəhərindəki 8 min yerlik “Mladost” stadionunda keçiriləcək.

