"Zirə"nin Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan Lüksemburqun "Differdanj" klubu bu gecə Bakıya gəlir. Sportinfo.az xəbər verir ki, vətənindən Türkiyədə gələcək lüksemburqlular İstanbul-Bakı hava reysilə iyulun 28-də saat 00:55-də paytaxtımıza təşrif buyuracaq.
Rəqib "Boulevard Hotel"də qalacaq. "Differdanj"ın son məşqini matçın keçiriləcəyi "Dalğa Arena"da sabah saat 19:30-da edəcək. Bundan 30 dəqiqə öncə baş məşqçi Paskal Karzaniqanın mətbuat konfransı keçirəcəyi gözlənilir. "Zirə" ilə "Differdanj" iyulun 29-da saar 21:00-da Mərdəkandakı stadionunda qarşılaşacaq.

