"Zirə" hamısını düz-qoş edib

27 İyun 2017 10:24 Avropa Liqası 721
"Zirə" hamısını düz-qoş edib

Avropa Liqasının I təsnifat mərhələsində iyunun 29-da keçiriləcək "Zirə" - "Differdanj" oyunu öncəsi açıq məşqlərin vaxtları müəyyənləşib. Sportinfo.az xəbər verir ki, matçın keçiriləcəyi "Dalğa Arena"da ilk olaraq rəqib son məşqə çıxacaq. Bu, iyunun 28-də saat 19:30-da olacaq.

"Zirə"nin açıq məşqi həmin stadionda saat 21:00-da başlayacaq. Oyunöncəsi mətbuat konfransları ilə bağlı vəziyyət bir az fərqlidi. Məsələ ondadır ki, "Zirə" öz konfransının vaxtını saat 20:30-a planlaşdırıb. Lüksemburqlular bunu keçirib-keçirməyəcəkləri bağlı zirəlilərə hələ ki cavab verməyiblər.

Mərdəkanda keçiriləcək matç saat 21:00-da başlayacaq. Bu yerdə qeyd edək ki, qrup mərhələsindən fərqli olaraq təsnifat mərhələsində klubların UEFA qarşısında belə bir öhdəçilik yoxdu. "Differdanj"ın baş məşqçisi jurnalistlər qarşısına çıxarsa, bu, saat 19:00-a gözlənilir.

"Zirə" çempionatda olduğu kimi, debüt etdiyi avrokuboklarda da jurnalistlərin nəqliyyatla təmin olunma məsələsinə xüsusi diqqət ayıracaq. Belə ki, həm oyunöncəsi mətbuat konfransına, həm də matça gedib-qayıtmaq üçün avtobus nəzərdə tutulub. Sadəcə, avtobus həmiə olduğu kimi "Koroğlu" yox, "Gənclik" metrostansiyasının çıxışından yola çıxacaq. Bunun hansı vaxtda olacağı sonradan açıqlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:30 Çək və bizə göndər!