"İnter" ondan özünü qorusun: "Məni yalan detektorundan keçirin!"

26 İyun 2017 20:36 Avropa Liqası 636
"İnter" ondan özünü qorusun: "Məni yalan detektorundan keçirin!"

Avropa Liqasının I təsnifat mərhələsində "Mladost" - İnter" oyununa baş hakim təyin etdiyi rusiyalı Aleksey Matyunin "Zenit"də çıxış etmiş braziliyalı ulduz futbolçu Halkla qalmaqalı ilə məşhurlaşıb.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı Matyuninin 2014-cü ilin noyabrında Premyer Liqadada idarə etdiyi "Mordoviya" - "Zenit" matçında qırmızı vərəqə göstərdiyi həmin legioner baş hakimi irqçilikdə ittiham edib.

O isə bunu təkzib edərək sözlərinə təsdiq olaraq yalan detektorundan keçməyə razı olduğunu bildirib. Sonradan tərəflər arasında münaqişə yatırılıb və Halk Çinin "Şanxay" klubuna keçəndən sonra Alekseyə "Zenit"dəki formasını hədiyyə olaraq göndərib. Matyunin isə cavab hədiyyəsi olaraq futbolçuya göstərdiyi, üzərində öz soyadının yazıldığı, imzasının əks olunduğu qırmızı vərəqəni göndərib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti