VİP-HESAB: “Zirə” rənbərliyi “Differdanj”a 30 manat qiymət qoydu

26 İyun 2017 16:36 Avropa Liqası 981
VİP-HESAB: “Zirə” rənbərliyi “Differdanj”a 30 manat qiymət qoydu

"Zirə" Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Differdanj"ı (Lüksemburq) qəbul edəcək. Sportinfo.az xəbər verir ki, oyunu “CBC Sport” telekanalı canlı yayımlayacaq. Bu barədə məlumatı telekanalın “facebook” səhifəsi yayıb.

“Zirə” - “Differdanj”qarşılaşması iyunun 29-da "Dalğa Arena"da keçiriləcək və saat 21:00-da başlayacaq. Bu komandalar arasındakı cavab matçı isə iyulun 6-da oynanılacaq. Artıq matçın biletləri artıq satışdadı.

Biletləri "Azfar qrup"un Gənclik, Əhmədli, 9-cu mikrorayon, Elmlər Akademiyası metrosu əfafındakı stadionlarında, həmçinin “İnter Arena”da satılacaq. Qiymətlər isə adi sektorlarda 1, 2, 3, 5 manat, VİP yerlər üçün isə 30 manat olacaq.

Bundan başqa, matçın keçiriləcəyi “Dalğa Arena”, Zirədəki "Eko park"da, Zirə Olimpiya İdman Kompleksində, qəsəbədəki böyük marketlərdə, eyni zamanda Türkan, Zirə və Pirallahıdakı mərkəzi yerlərdə də bilet satışı həyata keçirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti