Batumi "Dinamo"su Avropa Liqasının I təsnifat mərhələsində "Yagelloniya" ilə üz-üzə gələcək. Sportinfo.az xəbər verir ki, gürcülər cütün favoriti hesab olunmur.
"Dinamo" və "Yagelloniya" arasındakı ilk oyun iyunun 29-da Gürcüstanda, cavab matçı isə iyulun 6-da Polşada keçiriləcək. Bəxt üxlərinə gülüb növbəti mərhələyə vəsiqə qazansalar, "Qəbələ"ni önlərində görəcəklər. Luka Asatiani isə bunun baş verəcəyinə inanmır.
18 yaşlı müdafiəçi etiraf edir ki, "Yagelloniya" onlardan üstündü: "Ötən il Avropa Liqasına vəsiqə qazanmışdıq. Çünki özümüzü Gürcüstan çempionatında yaxşı tərəfdən göstərmişdik. İndi vəziyyətimiz fərqlidi. Daha dəqiq desəm, yaxşı deyil. Klubumuz maliyyə böhranı keçirir. Bir çox futbolçumuz bu səbəbdən düşərgədən ayrılıb.
Xeyli zəifləmişik. Hazırda Gürcüstan çempionatında 10 komanda arasında 8-ci yerdəyik. Biz aşağı lmqaya düşməmək üçün mübarizə aparırıq. Bir sözlə, "Dinamo" ötən mövsümdəki komanda deyil. Polşa klubu ilə müqayisədə cəmi 1 üstünlüyümüz var. O da Gürcüstanda hazırda çempionatın davam etməsidi".

