Sxadadze Paşayevi gözləyir

22 İyun 2017 11:48 Avropa Liqası 896
Sxadadze Paşayevi gözləyir

FIFA referilərimiz UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin oyunlarına təyinat alıb. Sportinfo.az xəbər verir ki, Ömər Öaayev Qazaxıstanda, Rəhim Həsənov Latviyada idarəçilik edəcək. Paşayev Bakı "İnter"in gürcü sabiq baş məşqçisi Kaxaber Sxadadzenin rəhbərlik etdiyi "Kayrat"ın matçına təyin alıb.

Onun bu görüşə necə çıxacağını səbirsizliklə gözləyirik. Ömərin qardaşı yaxınlarda avtoqəzada dünyasını dəyişib və özü ağır psixoloji travma alıb. Gənc referinin Sxadadze ilə münasibətləri "İnter"də çalışdığı dönəmlən yaxşı olmayıb. Gürcü mütəxəssis "fit sahibi"ndən dəfələrlə AFFA-ya şikayət edib.

29 iyun
“Kayrat” (Qazaxıstan) - “Atlants” (Litva)
Baş hakim:
Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov
Dördüncü hakim: Əliyar Ağayev

“Ventspils” (Latviya) - “Valur” (İslandiya)
Baş hakim:
Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Vaqif Musayev
Dördüncü hakim: Rauf Cabarov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti