Komandanı içəridən elə dağıdırlar ki… "Zirə"nin işi asanlaşır!

21 İyun 2017 19:48 Avropa Liqası 954
Komandanı içəridən elə dağıdırlar ki… "Zirə"nin işi asanlaşır!

Avropa Liqasının 1-ci təsnifat mərhələsində Lüksemburqun “Differdanj” klubu ilə üz-üzə gələcək debutant “Zirə” bu səddi uğurla keçəcəyi halda, Rumıniyanın sayılıb-seçilən klublarından olan “Astra” ilə görüşəcək. Hansı ki “Astra” ötən il Avropa Liqasında uğurlu qrafik cızaraq, qrup mərhələsində oynayıb.

Amma Rumıniya mətbuatının yazdığına görə, “Zirə”ni gözləyən rəqibin vəziyyəti heç də yaxşı deyil. İyunun 7-dən hazırlığa başlayan “Astra”nın heyətində hazırda cəmi 16 futbolçu var. Yeni baş məşqçi Eduard Yordanesku bu durumda nəinki Avroliqada uğurlu çıxış etməyin, hətta liqada qalmağın mümkün olmayacağını ifadə edib.

Yayılan xəbərlər arasında o da qeyd olunur ki, son məşqlərin birində Yordanesku hətta klubun sahibi ilə mübahisə də edib. O, 4-5 oyunçudan başqa heyətdəki futbolçuların hamısının təcrübəsiz gənclər olmasından narahatlığını dilə gətirib. Ötən gün komanda Kosovanın "Trepça 89" komandasına biabırçı şəkildə uduzub - 2:4.

Bu arada komandanın əsas qapıçısı, eyni zamanda Rumıniya millisində oynayan Silviu Lunq da "Astra"nı tərk edib. O, Türkiyənin "Kayserispor" klubuyla sövdələşib və sabah müqaviləyə imza atacaq. "Astra"nın əsas problemi məhz keçmiş məşqçi Marius Şumudika hesab olunur. O, hazırda "Kayserispor"da işlədiyindən, "Astra"da olan keçmiş heyətini Türkiyəyə aparmağa çalışır.

Yığmanın və "Astra"nın əsas oyunçusu, kapitan Sapunarunun da bu kluba keçidi gündəmdədi. Sadəcə, "Astra"nın qoyduğu transfer məbləği Türkiyə klubu üçün problem yaradır. Millinin toplanışından sonra istirahət edən Sapunaru ilə yanaşı, digər aparıcı sima Silviu Lunkun da geri dönməmək ehtimalı çox yüksəkdi. Onunla da yerli ÇFR yaxından maraqlanır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti