“Qəbələ”, “İnter” və “Zirə”: Onları Avroliqada nə gözləyir?

19 İyun 2017 18:44 Avropa Liqası 864
“Qəbələ”, “İnter” və “Zirə”: Onları Avroliqada nə gözləyir?

Bu gün Avropa Liqasında 2017/18 mövsümünün 1-ci və 2-ci təsnifat mərhələsinin püşkü atıllb. Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində UEFA-nın mənzil qərargahında baş tutan mərasimdə ölkəmizi qitənin ikinci dərəcəli klub turnirində təmsil edəcək üç komandanın - “Zirə”, “İnter” və “Qəbələ”nin də rəqibləri müəyyənləşib.

Mübarizəyə 1-ci təsnifat mərhələsindən start verəcək “İnter” “İnter” Serbiyanın “Mladost” komandası ilə görüşəcək. İlk oyun səfərdə baş tutacaq. Eyni mərhələdən mübarizəyə qoşulacaq “Zirə” isə Lüksemburq “Differdanj”ı ilə düşüb. Zirəlilər ilk oyunu evdə keçirəcək.

Daha sonra 2-ci təsnifat mərhələsinin püşkü atılıb. “Mladost” - “İnter” cütünün qalibi “Fola” (Lüksemburq) - “Milsami” (Moldova) duelinin güclüsü ilə görüşəcək. “Zirə” – “Differdanj”ın cütünün qalibinin rəqibi isə “Astra” (Rumıniya) olacaq.

Yarışa birbaşa 2-ci təsnifat mərhələsindən başlayacaq “Qəbələ” “Yagelloniya” (Polşa) - “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi ilə rəqib olub. Bütövlükdə, Avroliqanın 2-ci təsnifat mərhələsinin cütlükləri aşağıdakı kimidi:

2-ci təsnifat mərhələsi
(13/20 iyul)

“Zirə” (Azərbaycan) - “Differdanj” (Lüksemburq) cütünün qalibi - “Astra” (Rumıniya)
“Bala Taun” (Uels) - “Vaduts” (Lixtenşteyn) cütünün qalibi - “Odd” (Norveç) - “Ballimena” (Şimali İrlandiya) cütünün qalibi
“Partizani” (Albaniya) - “Botev” (Bolqarıstan) cütünün qalibi - “Beytar” (İsrail) - “Vaşaş” (Macarıstan) cütünün qalibi
“Trençin” (Slovakiya) - “Torpedo” (Gürcüstan) cütünün qalibi - “Bney Yehuda” (İsrail)
“Brondbü” (Danimarka) - “Vaasa” (Finlandiya) - “Olimpiya” (Sloveniya) cütünün qalibi
“Çixura” (Gürcüstan) - “Rayndorf” (Avstriya) cütünün qalibi - “Dinamo” (Brest, Belarus)
“Rabotniçki” (Makedoniya) - “Tre Penne” (San-Marino) cütünün qalibi - “Dinamo” (Minsk, Belarus) - “Runavik” (Farer adaları) cütünün qalibi
“Hayduk” (Xorvatiya) - “Levski” (Bolqarıstan) - “Sutyeska” (Monteneqro) cütünün qalibi
“İrtış” (Qazaxıstan) – “Dunav” (Bolqarıstan) cütünün qalibi - “Srvena Zvezda” (Serbiya) - “Floriana” (Malta) cütünün qalibi
“Jelezniçar” (Bosniya və Herseqovina) - “Zeta” (Monteneqro) cütünün qalibi - AİK (İsveç) - “Klaksvik” (Farer adaları) cütünün qalibi
“Kalyu” (Estoniya) - B-36 (Farer adaları) cütünün qalibi - “Videoton” (Macarıstan) - “Baltsan” (Malta) cütünün qalibi
“Şkendiya” (Makedoniya) - “Daçiya” (Moldova) cütünün qalibi - “Konnak” (Uels) - HİK (Finlandiya) cütünün qalibi
AEK (Kipr) - “Linkoln” (Cəbəllütariq) cütünün qalibi - “Levadiya” (Estoniya) - “Kork Siti” (İrlandiya) cütünün qalibi
“Hoqesund” (Norveç) - “Kolreyn” (Şimali İrlandiya) cütünün qalibi - “Lex” (Polşa) - “Pelister” (Makedoniya) cütünün qalibi
“Makkabi” (Təl-Əviv, İsrail) - “Tirana” (Albaniya) cütünün qalibi - SJK (Finlandiya) - “Reykyavik” (İslandiya) cütünün qalibi
“Ferensvaroş” (Macarıstan) - “Yelqava” (Latviya) cütünün qalibi - “Midtyulland” (Danimarka) - “Derri Siti” (İrlandiya) cütünün qalibi
“Styarnan” (İslandiya) - “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi - “Mlada Boleslav” (Çexiya)
“Şturm” (Avstriya) - “Mladost” (Monteneqro) - “Qandzasar” (Ermənistan) cütünün qalibi
“Mladost” (Serbiya) - “İnter” (Azərbaycan) cütünün qalibi - “Fola” (Lüksemburq) - “Milsami” (Moldova) cütünün qalibi
“Norçepinq” (İsveç) - “Priştina” (Kosovo) cütünün qalibi - “Sent Conston” (Şotlandiya) - “Trakai” (Litva) cütünün qalibi
“Aberdin” (Şotlandiya) - “Ordabaşı” (Qazaxıstan) - “Şiroki Briyeq” (Bosniya və Herseqovina) cütünün qalibi
“Ostersun” (İsveç) - “Qalatasaray” (Türkiyə)
“Qlazqo Reyncers” (Şotlandiya) - “Proqres” (Lüksemburq) cütünün qalibi - AEL (Kipr) - “Sent Cozef” (Cəbəllütariq) cütünün qalibi
“Kruzaders” (Şimali İrlandiya) - “Liepaya” (Latviya) cütünün qalibi - “Şaxtyor” (Belarus) - “Suduva” (Litva) cütünün qalibi
“Panionios” (Yunanıstan) - “Şirak” (Ermənistan) – “Qoritsa” (Sıoveniya) cütünün qalibi
“Kayrat” (Qazaxıstan) - “Atlantas” (Litva) cütünün qalibi - “Skenderbeu” (Albaniya) - “Sent Culiya” (Andorra) cütünün qalibi
“Slovan” (Slovakiya) - “Pünik” (Ermənistan) cütünün qalibi - “Lyunqbyu” (Danimarka) - “Banqor” (Uels) cütünün qalibi
“UE Santa Koloma” (Andorra) - “Osiyek” (Xorvatiya) cütünün qalibi - “Lütsern” (İsveçrə)
“Valletta” (Malta) - “Folqor” (San Marino) cütünün qalibi - “Utrext” (Hollandiya)
“Ventspils” (Latviya) - “Valyur” (İslandiya) cütünün qalibi - “Domjale” (Sloveniya) - “Flora” (Estoniya) cütünün qalibi
“Voyvodina” (Serbiya) - “Rujomberok” (Slovakiya) cütünün qalibi - “Brann” (Norveç)
“Qəbələ” (Azərbaycan) - “Yagelloniya” (Polşa) - “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi
“Apollon” (Kipr) - “Zarya” (Moldova) - “Sarayevo” (Bosniya və Herseqovina) cütünün qalibi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti