"Avropa Liqasının qalibi olmağı bacardıq. Buna görə qürur hissi keçirirəm. Kimsə bizim haqda pis bir şey deməməlidi. Çoxu pis mövsüm keçirdiyimizi söylədi, amma biz üç kubok qazandıq" - Sportinfo.az xəbər verir ki, bu sözləri "Mançester Yunayted"in ulduzu Pol Poqba finalda "Ayaks"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
"İlk qoldan sonra oyuna nəzarəti ələ keçirdik. Böyük komanda kimi oynadıq" - deyə o bildirib. Fransalı yarımüdafiəçi Mançesterdəki terror aktı zamanı həlak olan insanlar üçün oynadıqlarını vurğulayıb: "Dünyada dəhşətli hadisələr baş verir. Finalda Mançesterdə terror zamanı ölən insanlar üçün oynadıq".

