Edin Ceko Avropa Liqasının ən yaxşı bombardiri oldu

25 May 2017 08:48 Avropa Liqası 533
Edin Ceko Avropa Liqasının ən yaxşı bombardiri oldu

"Roma"nın hücumçusu Edin Ceko və "Zenit"in (Rusiya) yarımmüdafiəçisi Juliano Avropa Liqası – 2016/17-nin ən yaxşı bombardirləri olub.

Sportinfo.az xəbər verir ki, hər iki futbolçu turnirin əsas mərhələsində 8 qol vurub, lakin Ceko 524 dəqiqə, Juliano isə 710 dəqiqə meydanda olub.

Üçüncü yeri aktivində 7 qol olan "Atletik"in forvardı Arits Aduris tutub. Hesabında 6 qol olan "Lion"un hücumçusu Aleksandr Lyakazett və "Ayaks"ın hücumçusu Kasper Dolberq növbəti sıralarda qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti