Avropa Liqasını "Mançester Yunayted" qazandı - VİDEO

25 May 2017 00:53 Avropa Liqası 669
Avropa Liqasını "Mançester Yunayted" qazandı - VİDEO

Avropa Liqasında 2016-2017-ci illər mövsümünün qalibi müəyyənləşib. Sportinfo.az-ın məlumatına görə, bu, "Mançester Yunayted"di. Joze Mourinyonun baş məşqçisi olduğu komanda İsveçin paytaxtı Stokholmdakı "Friends Arena"da keçirilmiş final oyununda Hollandiya "Ayaks"ına qalib gəlib.

Qolları Pol Poqba və Henrik Mxitaryan vurub. Bu qələbə sayəsində "Mançester Yunayted" gələn mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququ qazanıb. Bununla da "Mançester Yunayted" 9 ildən sonra ilk dəfə Avropa kubokuna sahib olub. Sonuncu dəfə "qırmızı şeytanlar" 2008-ci ildə Çempionlar Liqasının və klublararası dünya çempionatının qalibi olublar.

Mourinyo isə "Portu" (Portuqaliya) və "İnter" (İtaliya) komandalarına qazandırdığı qitəmiqyaslı mükafatlardan sonra İngiltərədə də ilk belə kuboka yiyələnib. O, "Portu"ya 2003-cü ildə UEFA Kuboku, 2004-cü ildə Çempionlar Liqasını, "İnter"ə isə 2010-cu ildə Çempionlar Liqasını qazandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti