Bakıda keçiriləcək Dünya Kubokuna qatılacaq komanda sayı bəlli oldu

13 Fevral 2024 12:00 Digər növlər 408
Bakıda keçiriləcək Dünya Kubokuna qatılacaq komanda sayı bəlli oldu

Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokuna qatılacaq ölkələrin sayı müəyyənləşib.

sPORTİNFO.az Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətinə istinadən xəbər verir ki, apreldə baş tutacaq yarışa maraq kifayət qədər böyükdür.

Belə ki, ev sahibi Azərbaycan millisi də daxil olmaqla, Dünya Kubokunda 46 komandanın gimnastları qüvvələrini sınayacaqlar.

Andorra, Anqola, Avstraliya, Avstriya, Belçika, Braziliya, Bolqarıstan, Kanada, Xorvatiya, Kipr, Misir, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, Hindistan, İsrail, İtaliya, Yaponiya, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Meksika, Monteneqro, Yeni Zelandiya, Şimali Makedoniya, Çin, Polşa, Cənubi Koreya, Moldova, Rumıniya, Serbiya, Sloveniya, Cənubi Afrika, İspaniya, Tailand, Türkiyə, Ukrayna, ABŞ və Özbəkistan yığmaları Dünya Kubokunda iştirak üçün Azərbaycana gələcəklər.

Turnir aprelin 19-21-də Milli Gimnastika Arenasında təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi