Bu gün Çempionlar Liqasında 1/8 finalın püşkü atılacaq

18 Dekabr 2023 13:50 Çempionlar Liqası 1 610
Bu gün Çempionlar Liqasında 1/8 finalın püşkü atılacaq

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Sportinfo.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Bu raundda eyni ölkənin təmsilçiləri və qrup mərhələsində üz-üzə gələn komandalar bir-birilərinə rəqib olmayacaqlar.

Qruplarda birinci yeri tutan komandalar səpələnmişlər, ikinci yerin sahibləri isə səpələnməmişlər hesab edilir.

Səpələnmişlər: "Arsenal", "Mançester Siti" (hər ikisi İngiltərə), "Atletiko", "Barselona", "Real", "Real Sosyedad" (hamısı İspaniya), "Bavariya", Dortmund "Borussiya"sı (hər ikisi Almaniya).

Səpələnməmişlər: "Kopenhagen" (Danimarka), "İnter", "Latsio", "Napoli" (hər üçü İtaliya), “Leyptsiq” (Almaniya), PSJ (Fransa), "Portu" (Portuqaliya), PSV (Niderland).

1/8 final mərhələsinin ilk oyunları 13, 14, 20, 21 fevralda, cavab matçları 5, 6, 12, 13 martda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"