"Qarabağda alınmasa, finalı Gəncədə keçirmək istəyirik"

24 Noyabr 2020 14:00 Azərbaycan Futbolu 476
"Qarabağda alınmasa, finalı Gəncədə keçirmək istəyirik"

"Keçən dəfə belə qərara gəldik ki, final qarşılaşması "Sabah" klubunun ev oyunlarını keçirdiyi arenada olsun. Bizim üçün ölkəmizin hər yeri əzizdir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev 2020/2021 mövsümü üçün Azərbaycan Kubokunun püşkatma mərasimində deyib.

PFL rəhbəri bildirib ki, həlledici qarşılaşmanı Qarabağda keçirmək niyyətindədirlər:

"Əgər orada alınmasa, kubokun finalını Gəncədə təşkil etmək istəyirik. Amma oradakı stadionda vəziyyət yaxşı deyil. Stadion yaxşı olsa, həlledici görüş Gəncədə gerçəkləşə bilər. Kubokun finalı ilə bağlı dəqiq fikir demək çətindir.

Musayev həmçinin deyib ki, final matçında çoxlu sürprizlər olacaq: "Bu tədbir təşkilatçılığa görə digər finalları geridə qoyacaq". Böyük zəfərdən sonra biz də azarkeşlərimizi sevindirməyə çalışacağıq".

Xəbər Lenti