Elxan Məmmədov bütün klub rəhbərlərini "Whatsapp"a yığdı

31 Mart 2020 16:14 Azərbaycan Futbolu 776
Elxan Məmmədov bütün klub rəhbərlərini "Whatsapp"a yığdı

AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov öz işində yenilik edib.

Federasiyadan Sportinfo.az-a verilən məlumata görə, o, Premyer Liqa klublarının rəhbər şəxslərini öz «əhatə dairəsi»nə daxil edib.

Bu məqsədlə «Whatsapp» qrupu yaradan Məmmədov elitanın 8 komandasının nümayəndələri ilə cari məsələləri müzakirəyə çıxarıb.

Misal üçün, koronavirus səbəbindən Premyer Liqanın yarımçıq qalmasından irəli gələn problemlər, futbolçularla müqavilələrin bitəcəyi tarix, UEFA-nın buk imi mövzulara yanaşması və digər xüsuslar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 İyun 16:55 Onlara viza verilmədi
7 İyun 01:00 Bəhreynə qalib gəldik