"Beşiktaş" məşhur legioneri ilə bağlı nə qərar verdi?

18 Noyabr 2022 18:20 Türkiyə 446
"Beşiktaş" məşhur legioneri ilə bağlı nə qərar verdi?

"Beşiktaş" Tottenhem"dən icarəyə götürdüyü Dele Alli ilə bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin məşqçilər korpusu ingiltərəli yarımmüdafiəçinin performansından razı deyil.

"Qara qartallar" 26 yaşlı oyunçunun müqaviləsində yer alan satınalma maddəsindən istifadə etməyəcək.

İngiltərə yığmasının keçmiş üzvü mövsümün sonunda "Tottenhem"ə qayıdacaq.

"Beşiktaş" Dele Allini mövsümün əvvəlində icarəyə götürüb. O, Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 8 matçda 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti