Türkiyə klubundan istənildi - Sizdə oynamır, bizə icarəyə verin!

17 Yanvar 11:40 Sumqayıt 2 467
Türkiyə klubundan istənildi - Sizdə oynamır, bizə icarəyə verin!

«Sumqayıt» sabiq oyunçusunu geri qaytarmaq fikrinə düşüb.

Vaqif Cavadovu baş məşqçi postunda saxlayan və onunla 2,5 illik müqavilə imzalayan «kimyaçılar» Vüsal İsgəndərlinin xidmətində maraqlıdır.

«Gənclik şəhəri» təmsilçisi bu məqsədlə «Boluspor»a müraciət edib.

«Sumqayıt» 2024-cü ilin əvvəlindən bu tərəfə Türkiyənin I Liqa klubunda forma geyinən yarımmüdafiəçini icarəyə götürməyə hazırdır. Çünki 29 yaşlı vinger xeyli müddətdir burada əsas heyətə düşmür.

Çox zaman ehtiyatda lan millimizin sabiq üzvünün «Boluspor»la müqavilə müddətinin 2026-cı ilin yayında bitəcəyini yada salaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Fevral 20:00 Çək və bizə göndər!
16 Fevral 11:30 Bir də BUNA BAX!
16 Fevral 01:10 Azərbaycanın QAZANCI