Klub prezidenti: "Yeni transferlər edəcəyik, büdcə problem yaratmayacaq"

6 Avqust 2024 20:40 Sumqayıt 1 177
Klub prezidenti: "Yeni transferlər edəcəyik, büdcə problem yaratmayacaq"

Premyer Liqaya «Kəpəz» üzərində 2:0 hesablı qələbə ilə başlayan «Sumqayıt» yeni transferlər edəcək.

Bu haqda Sportinfo.az-a klubun prezidenti Riad Rəfiyev məlumat verib.

2018-ci ilin əvvəlindən «kimyaçılar»a rəhbərlik edən, ötən müddətdə uğurlu fəaliyyəti ilə yadda qalan təcrübəli funksioner deyib:

«Komandamızda zədəlilərin sayı heç də az deyil. Bu da yeni transferlərin olmasını labüd edir.

Büdcə problem yaratmayacaq. Açıq deyim ki, hazırda belə çətinlik görünmür».

«Gənclik şəhəri» təmsilçisi bu yay 4 transfer həyata keçirib.

Rəhim Sadıxov 2 ildən sonra «Zirə»dən geri qayıdıbsa, Fernando Medeiros, Nikola Vuynoviç və Slavişa Radoviçlə birillik müqavilə imzalanıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 17:50 Çək və bizə göndər!
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?