"Hamımız burada qalmaq üçün əlimizdən gələni edəcəyik"

28 Mart 2024 14:20 Sumqayıt 640
"Hamımız burada qalmaq üçün əlimizdən gələni edəcəyik"

"Hamımız üst pillələrdə qalmaq üçün əlimizdən gələni edəcəyik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın müdafiəçisi Ayxan Süleymanlı deyib.

“Kimyaçılar”la 3 illik yeni anlaşma imzalayan 2004-cü il təvəllüdlü gənc mövsümün sonuyla bağlı ümidli danışıb:

"Sumqayıt" uzun müddət idi ikinci pillədə qərarlaşırdı. İndi də yuxarı pillələrdən cəmi 2 xal geridəyik.

Komandamızın nəticələri barədə yalnız xoş sözlər deyə bilərəm. Təbii ki, bu, hamımız üçün sevindirci haldır.

Amma hələ mövsümün sonu deyil. Çalışırıq ki, baş məşqçinin tapşırıqlarını maksimum yerinə yetirək. İnşallah, mövsümü üst pillələrdə başa vurarıq".

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da