“Sumqayıt”ın daha bir transferi o oldu - FOTO

14 İyun 2021 19:00 Sumqayıt 1 619
“Sumqayıt”ın daha bir transferi o oldu - FOTO

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir oyunçunu heyətinə qatıb.

Sportinfo.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “gənclik şəhəri” təmsilçisi Yusif Nəbiyevin ardından ikinci transferini reallaşdırıb.

Qəsəbə təmsilçisi ötən mövsümü “Keşlə”də keçirən Xəzər Mahmudovla anlaşıb.

20 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 2 illik müqavilə imzalayıb. O, “Sumqayıt”da 19 nömrəli formanı geyinəcək.

“Sumqayıt” hələlik Mehdi Cənnətov, Cabir Əmirli, Mehdi Şərifi və Cavid İmamverdiyevlə yollarını ayırıb.

Digər Xəbərlər
Xəbər Lenti