COP29

"Burada icazə verilmirdisə, "Qarabağ"da belə bir problem yox idi"

29 May 01:00 Qarabağ 1 798
"Burada icazə verilmirdisə, "Qarabağ"da belə bir problem yox idi"

Rusiya mətbuatı bu mövsüm avrokuboklarda çıxış edən yerli futbolçulardan yazı dərc edərkən, "Qarabağ"ın qapıçısı Andrey Lunyova da yer ayırıb.

Sportinfo.az xəbər verir ki, "Спорт день за днем" "Qarabağ"ın "Bayer"lə görüşlərinə xüsusi diqqət ayırıb:

"Andrey Lunyovun formasını geyindiyi "Qarabağ" Avropa Liqasının qrup mərhələsində iştirak edərək 2-ci pilləni tutdu.

Birinci pillədə isə Lunyovun keçmiş klubu "Bayer" qərarlaşmışdı. Hansı ki, rusiyalı ilk görüşdə onlardan beş qol buraxdı.

Almaniyada "Zenit"in keçmiş qapıçısına praktiki olaraq oynamağa icazə verilmirdisə, "Qarabağ"da oynamaqla bağlı problem yox idi.

Söhbət həm yerli liqadan, həm də avrokuboklardan gedir. Lunyov əsas qapıçı kimi "Qarabağ"ın bütün Avropa Liqası yolunu keçib, 10 matçda 18 qol buraxdı.

Azərbaycan klubunun səyahəti isə 1/8 finalda başa çatdı. Elə həmin “Bayer”lə görüşdə.

Amma etiraf edək ki, mərhələ adlamaq Xabi Alonsonu çox çətinliyə saldı. İlk oyunda 0:2-dən 2:2 etdilərsə, ikinci görüşdə isə çətinliklə 3:2 qalib gəldilər.

Andrey Lunyovun bəxti gətirmədi. Ancaq söhbət “Bayer”dən gedirdi".

"Qarabağ" 1/8 finalda "Bayer"lə Bakıda 2:2 oynayıb, səfərdə rəqibinə 2:3 uduzaraq avrokuboklardakı macərasıı başa vurmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 18:10 Çək və bizə göndər!