Şahruddin: "Yaxşı futbol üçün əlimizdən gələni edəcəyik"

5 Oktyabr 2022 19:20 Qarabağ 500
Şahruddin: "Yaxşı futbol üçün əlimizdən gələni edəcəyik"

"Güclü rəqiblə üz-üzə gələcəyik, sabah yaxşı futbol oynamaq üçün əlimizdən gələni edəcəyik".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl mətbuat konfransında deyib.

28 yaşlı qolkiper rəqibin yaxşı oyunçulara, həmçinin çılğın azarkeşlərə sahib olduğunu bildirib:

"Uşaq vaxtı futbol oynayanda belə atmosferdə və stadionda meydana çıxmaq arzularımdan biri olub.

Bu, komandamız üçün üçün əlavə motivasiya olacaq və bizə zövq verəcək".

Oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti