
"Qrupda yer almaq almaq maddi qazanc üçün şansdır.
"Qarabağ", "Bazel" (İsveçrə) və "Kayrat" (Qazaxıstan) kimi komandalarla rəqabət aparmaq inkişafımız üçün çox önəmlidir".
Sportinfo.az xəbər verir ki, bu fikirləri Kiprin "Omoniya" klubunn baş məşqçisi Henninq Berq Qazaxıstanda "Kayrat"a qarşı keçirəcəkləri Konfrans Liqasının qrup mərhələsinin I tur oyunundan əvvəl mətbuat konfransında deyib.
Norveçli mütəxəssis Kipr çempionatının səviyyəsinin yaxşı olduğunu bildirib. 52 yaşlı baş məşqçi avrokuboklarda güclü klublarla qarşılaşmağın onlara xeyir verəcəyini sözlərinə əlavə edib.
Bu gün keçiriləcək "Kayrat" - "Omoniya" matçı Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. H qrupunun digər oyununda "Qarabağ" "Bazel"i qəbul edəcək.